ABŞ nefti ucuzlaşdırmaq siyasətini davam etdirir
ABŞ-da şist nefti hasil edən qurğuların sayının artması “qara qızıl”ın qiymətini təzyiq altında saxlayır.
APA TV-nin xəbərinə görə, ölkə üzrə bu cür qurğuların sayı son 16 ayda ən yüksək həddə çatıb, bu isə ABŞ-da hasilatın sürətlə artması deməkdir.
OPEK gündəlik hasilatı 1,16 milyon barel azaltmaq proqramına hələlik əməl edir, lakin Birləşmiş Ştatların hasil olunmuş neft ehtiyatlarının artıq 7-ci həftədir ki, artması qiymətlərə neqativ təsir edir.
Birjalarda “Brent” markalı neftin bir bareli 55,67 dollardan satılır, Qərbi Texas nefti isə 53 dollara təklif olunur. İki marka arasında fərqin azalması ucuzlaşmanın ABŞ-dan qaynaqlandığını təsdiqləyir. Bu gün ABŞ-ın neft ehtiyatlarının həcminə dair ilk rəsmi hesabat açıqlanacaq.
OXŞAR XƏBƏRLƏR
13:58
556
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
737
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
724
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1031
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1129
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1067