Tayvanda dəhşətli qəzada azı 32 nəfər ölüb

Tayvanda avtobus qəzası nəticəsində azı 32 nəfər ölüb, 13 nəfər yaralanıb. APA TV-nin məlumatına görə, Taybey şəhərinin yaxınlığındakı sürət şosesində baş verib. Salonunda sürücü və bələdçi ilə birlikdə 45 nəfər olan sərnişin avtobusu yoldan çıxaraq aşıb.

 

 

Xilasedicilər avtobusdan 30 nəfərin meyitini çıxarıblar. Daha 2 nəfər sonradan xəstəxanada keçinib. Ağır vəziyyətdə olan 13 yaralı xəstəxanalara yerləşdirilib.

 

Sərnişinlərin əksəriyyətinin Tayçjun şəhərinə ekskursiyadan qayıdan yerli pensiyaçılar olduğu bildirilir. Polis qəzaya yüksək sürətin səbəb olduğunu ehtimal edir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR