Pakistanda mitinqdə terror: 13 ölü, 80 yaralı

Pakistanın Lahor şəhərində mitinq zamanı partlayış törədilib. Hadisə nəticəsində 13 nəfər ölüb, 80-dən çox adam yaralanıb.

 

Terror aktı yerli kimya və əczaçılıq müəssisələri işçilərinin nümayişi zamanı baş verib. Pəncab əyalətinin hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib ki, partlayışın terrorçu-intiharçı tərəfindən törədildiyi ehtimal edilir. Həlak olanlardan ikisi yerli polisin yüksək rütbəli əməkdaşıdır.

 

Terror aktına görə məsuliyyəti “Taliban”a bağlı “Camaar ül Əhrar” terror qruplaşması üzərinə götürüb. Ötən ilin martında Lahorda xristianlara qarşı terror aktı törədilmiş, təxminən 70 adam həyatını itirmişdi.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR