Əl Babın 40 faizi İŞİD-dən geri alınıb

Türkiyə Silahlı Qüvvələrinin dəstək verdiyi Azad Suriya Ordusu Suriyanın şimalındakı Əl Bab şəhərinin 40 faizinə nəzarəti ələ alıb. Ordu cənuba doğru irəliləməklə hökumət qoşunlarının şəhərə daxil olmasını da əngəlləyib.

 

Hazırda Türkiyənin hərbi birləşmələri və Azad Suriya Ordusu Əl Babın qərb və cənub istiqamətində irəliləməkdə davam edir. Şəhərə qərbdən daxil olan birləşmələr Zəmzəm məhəlləsində məscid, idman mərkəzi, Bəəs partiyasının binası, xəstəxana və bazarı azad edib.

 

Azad Suriya Ordusu Əl Babdakı yol ayrıcını da nəzarətə götürüb və şəhərin cənubundan irəliləyən hökumət qoşunlarının qarşısını kəsib.

 

Son məlumata görə, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyada 35 kilometr irəliləyib. Avqustun 24-dən indiyədək 927 kv. kilometr ərazi terrorçulardan təmizlənib. Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyatının 174-cü günündə İŞİD-in sığınacaq kimi istifadə etdiyi 51 binanın hava hücumu ilə məhv edildiyini açıqlayıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR