“Qalatasaray” baş məşqçi ilə yollarını ayırır
Türkiyənin “Qalatasaray” klubu son oyunlarda buraxılan səhvlərlə əlaqədar baş məşqçi Yan Olde Rikerinklə yolları ayırmaq qərarına gəlib. APA TV-nin məlumatına görə, bu barədə ilkin qərar klubun İdarə Heyətinin toplantısında qəbul edilib.
4 saatlıq toplantıda ötən turda “Kayserispor” qarşısında məğlubiyyət müzakirə edilib və hollandiyalı baş məşqçinin fəaliyyətindən narazılıq ifadə olunub. Son qərarın bu gün həftəlik toplantıda verilməsi qərara alınıb. Klub prezidenti Dursun Özbək İdarə Heyəti üzvlərinin hamısının mövqeyini öyrəndikdən sonra qərar verəcək. Ehtimal olunur ki, iclasda Yan Olde Rikerink baş məşqçilikdən uzaqlaşdırılması ilə bağlı qərar qəbul ediləcək. Amma hələlik yeni baş məşqçinin adı açıqlanmayıb. UEFA-nın Maliyyə Fair Play qaydalarına görə, “Qalatasaray”ın mövsümün sonuna qədər xərcləri 65 milyon avronu keçməməlidir. Komanda artıq bu həddə yaxınlaşıb. Baş məşqçi seçimində bu məsələ mütləq nəzərə alınmalıdır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı