Dörd tanınmış siyasətçi MHP-dən çıxarılır
Türkiyənin Milliyətçi Hərəkat Partiyasında dörd tanınmış siyasətçinin təşkilatdan çıxarılması məsələsi müzakirə olunur. APA TV-nin məlumatına görə, Yusuf Halaçoğlu, Sinan Oğan, Nuri Okutan və İsmail Okun partiyadan çıxarılması tələbi Mərkəzi İntizam Komitəsinin müzakirəsinə verilib.
Komitənin sədir Halil Öztürk yazılı açıqlamasında bildirib ki, adı çəkilən dörd nəfərin ictimaiyyət qarşısında çıxışları və fəaliyyəti araşdırılıb. Araşdırmalar nəticəsində onların partiya nizamnaməsinə zidd bəyanatlar verdikləri müəyyən edilib. Yusuf Halaçoğlu, Sinan Oğan, Nuri Okutan və İsmail Ok Konstitusiya dəyişikliyi və referendumla bağlı partiyanın rəhbər orqanlarının qərarlarına zidd fəaliyyətdə günahlandırılır.
Halil Öztürkün bəyanatında deyilir ki, dörd siyasətçinin partiyadan qəti şəkildə uzaqlaşdırılması məsələsi Mərkəzi İntizam Komitəsində müzakirə ediləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı