Latviya XİN başçısı: “Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi bizi narahat edir”
“Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi” haqqında Saziş imzalanıb. Sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Latviyanın xarici işlər naziri Edqar Rinkeviçs imzalayıblar.
Azərbaycanın xarici işlər naziri Elman Məmmədyarov latviyalı həmkarı Edqars Rinkeviçs ilə birgə mətbuat konfransında bildirib ki, ölkələrimiz arasında münasibətlər strateji xarakter daşıyır. Nazir rəsmi Riqanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb, buna görə Latviya tərəfinə minnətdarlıq edib.
Elmar Məmmədyarov həmkarı ilə görüşdə Avropa İttifaqı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələsinin də müzakirə olunduğunu qeyd edib. O, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni Saziş üzrə danışıqların başladığını xatırladıb.
Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycanla Latviya arasında intensiv dialoq aparıldığını bildirib. O, Latviyanın Avropa İttifaqı ilə Azərbaycan arasında yeni Sazişin imzalanmasını istədiyini deyib: “Hesab edirik ki, tərəflər arasında münasibətlər strateji əməkdaşlığa əsaslanmalıdır Biz “Şərq tərəfdaşlığı” çərçivəsində növbəti sammitə hazırlaşırıq. Tam əmin deyilik, amma çalışacağıq ki, həmin sammitə qədər bu sənəd imzalansın. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji və nəqliyyat layihələri sahəsində əməkdaşlığın inkişafında maraqlıyıq”.
Latviyalı nazir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqları dəstəklədiyini diqqətə çatdırıb.
“Regiondakı vəziyyətin mürəkkəbliyini başa düşürük. Vaxtaşırı mətbuatda vəziyyətin gərginləşməsinə dair xəbərlər bizi narahat edir. Biz ərazi bütövlüyü prinsipinə sadiqik və ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlar prosesini dəstəkləyirik. Bu, təkcə ATƏT-də deyil, Şərq Tərəfdaşlığı və Avropa İttifaqı çərçivəsində də müzakirə olunur”.
Yaxın vaxtlarda Latviya ilə Azərbaycan arasında təhsil sahəsində sazişin imzalanacağına ümid etdiyini bildirən nazir qeyd edib ki, hazırda Latviyada 100 azərbaycanlı tələbə təhsil alır və bu rəqəmi artırmaq şansı var.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı