Cəlilabadda yol qəzası: 5 nəfər yaralandı
Cəlilabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəran sakini, 38 yaşlı Fikrət Akif oğlu Orucov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı divar maneəyə çırpılaraq əzilib. Hadisə nəticəsində sürücü və avtomobildə olan Bakı şəhər sakinləri - 27 yaşlı Məmmədağa Cəfər oğlu Ramazanov, 28 yaşlı Elşən Vahid oğlu Hüseynzadə, 28 yaşlı Rizvan İbrahim oğlu Cabbarov, 27 yaşlı Ceyhun Səfər oğlu Məmmədzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı