İraq hökuməti PKK-ya maddi dəstəyini kəsdi

İraq hökuməti PKK-ya bağlı silahlı qruplara maddi dəstəyini kəsib. APA TV-nin məlumatına görə, İraq prezidentinin köməkçisi Usamə Nuceyfi Şengaldakı silahlılara dəstəyin kəsildiyini bildirib.

 

"Hesab edirəm ki, İraq və Türkiyə münasibətləri normallaşıb. Bu çərçivədə həyata keçirilən siyasət çox aydındır" - deyən Nuceyfi "Türk hərbçilərin Başikadan çəkilməsinə qərar verildi, ancaq bu qərar Mosulun azad olunmasından sonraya saxlanıldı", - deyə əlavə edib: “Türkiyə terrorla mübarizədə bizə dəstək oldu. Çünki özünə də bu terror hadisələrindən böyük ziyan dəyib. Bölgəni təhlükəsizlik baxımından tamamilə nəzarət altına almaq üçün Bağdad, Ankara və Ərbil arasında ən yüksək səviyyədə razılıq əldə olunub”.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR