Bakıda marşrut xətti müsabiqəyə çıxarılır

Paytaxtda fəaliyyət göstərən 7 saylı marşrut xəttinin bağlanmasına aydınlıq gətirilib.

 

APA TV-nin xəbərinə görə, Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov bildirib ki, sözügedən marşrut xətti 90 və 93 saylı marşrut xətləri ilə üst-üstə düşdüyü və marşrut xətləri təkrarlandığı üçün qurum bu xəttin bağlanmasını məqsədəuyğun bilib.

 

Bundan başqa, BNA tərəfindən "28 May" metro stansiyasından "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi (Bakı-Salyan yol qovşağı) istiqamətində 125 saylı marşrut xəttinin təşkil edilməsi və müvafiq qaydalara uyğun olaraq müsabiqəyə çıxarılması məqsədəuyğun hesab edilib: "125 saylı marşrut artıq test sistemində fəaliyyətə başlayıb. Biz bütün daşıyıcıları, Bakı Şəhərinin bütün ictimai nəqliyyatı ilə məşğul olan sahibkarları müsabiqədə iştirak etməyə çağırırıq".

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR