Canelidze: “Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir”

“Azərbaycan və Gürcüstan 25 ərzində dostluq və mehriban qonşuluq münasibətlərini davam etdirir. Gürcüstanla Azərbaycan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir”.

 

APA TV-nin məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

 

O bildirib ki, görüşdə Gürcüstanın sədrlik etdiyi GUAM təşkilatı çərçivəsində əlaqələrin inkişafı barədə müzakirələr aparılıb: “GUAM-ı xüsusilə iqtisadi baxımdan necə gücləndirmək barədə danışdıq. Müəyyən layihələr var. Yaxın 2-3 ay ərzində təşkilata üzv ölkələr arasında yüksək səviyyəli görüş nəzərdə tutulur”.

 

M.Canelidze bəyan edib ki, Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və iki ölkə arasında yüksək səviyyəli dialoq var: “Əməkdaşlığımız müvafiq formatlarda davam edir və biz bu dialoqu intensiv şəkildə davam etdirmək fikrindəyik. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinə dair rəqəmlər pozitiv deyil. Regionda böhran olub. Lakin plan qurduq ki, bu sahədə işlərimizi aktivləşdirək. Potensialdan maksimum istifadə etməliyik”.

 

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında təkbətək keçirilən görüş daha sonra geniş formatda davam etdirilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR