Quba-Xaçmaz yolunda iki maşın toqquşdu, xəsarət alanlar var

Bu gün səhər saatlarında Quba-Xaçmaz yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə yolun 14-cü km-də, rayonun Barlı kəndi ərazisində qeydə alınıb.

 

İki “VAZ-2104” markalı avtomobil toqquşması nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar 27 BJ 779 nömrə nişanlı avtomobilin sürücüsü, Xaçmaz sakini Ariz Niftəliyev və onun sərnişinidir.

 

Yaralılar təcili tibbi yardım maşını ilə Quba Mərkəzi rayon Xəstəxanasına aparılıb. Fakt araşdırılır.

 

 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR