Göyçayda üç otaqlı ev külə döndü - DƏHŞƏTLİ YANĞIN
Göyçay rayonunda 3 otaqlı ev yanıb. Rayon Yanğından Mühafizə Hissəsindən APA TV-yə verilən məlumata görə, hadisə Hacalıkənd kəndində baş verib. Eldar Şıxəliyevə məxsus ümumi sahəsi 196 kvadratmetr olan birmərtəbəli 3 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
Hadisə zamanı evin 96 kvadratmetrlik hissəsi içindəki bir çox əşyaları ilə birgə yanıb, qalan 100 kvadratmetrlik hissə və ona yaxın olan 84 kvadratmetrlik talvar yanğından mühafizə olunub. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğına elektrik naqilində baş verən qısa qapanma səbəb olub. Yanğının baş verməsinin daha dəqiq səbəbi araşdırmalardan sonra bilinəcək.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI