Lənkəranda maşın yoldan çıxaraq aşdı
Qarlı hava şəraiti Lənkəranda qəzaya səbəb olub. APA TV-nın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Boradigah şosesinin Girdəni kəndi ərazisində qeydə alınıb.
Veravul kənd sakini, 1966-cı il təvəllüdlü Rafael Yusufovun idarə etdiyi “VAZ-2109” markalı 42 BE 909 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qarşısına maneə çıxıb. İdarəetməni itirən sürücü maşını kanala aşırıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb, avtomaşına isə ciddi ziyan dəyib.
Rafael Yusufov hadisəni belə təsvir edib: "Səhər gedirdim maşını sığorta etməyə. Bura çatdım, qabağımdan maşın gəlirdi. O saxladı, mən də saxlamaq istədim, qırağa çıxdım. Çökəkdir, sürüşüb aşdı".
Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR
13:58
556
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
736
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
723
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1031
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1129
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1067