Birjalarda “bazar ertəsi sindromu”: neft ucuzlaşır
Birjalarda “bazar ertəsi sindromu” neftin qiymətinə mənfi təsir göstərir. Hər həftə ilk hərraclarda olduğu kimi neft psixoloji amillərin təsiri altında ucuzlaşmağa başlayıb. Ötən həftənin son qiyməti ilə bazar ertəsi qeydə alınan qiymət arasında ciddi fərq olmasa da, ucuzlaşma tendensiyası açıq hiss olunur.
“Brent” markalı neftin bir bareli hazırda 56,83 dollardan satılır, Qərbi Texas nefti isə 53,92 dollara təklif olunur. İki marka arasında qiymət fərqi yenə də 3 dollar ətrafında sabitləşib.
Bu həftə neftin qiymətinə təsir göstərəcək amillər yenə də ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının həcminə dair hesabat, OPEK daxilində razılaşmaya əməl edilməsi və dolların durumudur. Sonuncu neftin qiymətinə təsir göstərəcək əsas amil sayılır. Dünya bazarında qızılın bahalaşması, dolların isə əsas valyutalara qarşı dəyər itirməsi neftin qiymətinə pozitiv təsir göstərən amillərdən biridir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı