İsraildə azan qadağası

İsrail parlamentinin qanunvericilik komissiyası azanın səsgücləndirici ilə oxunmasının qadağan olunmasına dair qanun layihəsini qəbul edib.

 

APA TV-nin məlumatına görə, layihəyə əsasən gecə saat 23:00-dən səhər saat 07:00-dək azanın meqafon və ya mikrofonla oxunması qadağan edilir.

 

Qanuna əməl etməyən məscidlər haqqında 1200 dollara qədər cərimələrin kəsilməsi nəzərdə tutulur.

 

HƏMAS sözçüsü Hazım Qasım yazılı açıqlamasında yeni qanunu İsrailin fələstinlilərə qarşı irqçi siyasətinin sübutu olduğunu bildirib.

 

Qanun layihəsi İsrail parlamentində üç iclasda müzakirə olunaraq təsdiqlənməlidir. Fələstinlilərin və İslam dünyasının narazılığına səbəb olan layihə bundan əvvəl bir neçə dəfə gündəmə gəlsə də, parlamentin təsdiqinə göndərilməmişdi.

 

İsrailin baş naziri Benyamin Netanyahu da "azan gurultuya səbəb olaraq insanları narahat edir" iddiası ilə ortaya çıxarılan qanun layihəsini dəstəklədiyini bildirmişdi. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR