Dollar dəyişmədi, avro ucuzlaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı fevralın 13-ü üçün dolların rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, dolların rəsmi məzənnəsi dəyişməyərək 1,7301 manat səviyyəsində müəyyən olunub.

 

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8378 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1617 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində azalma baş verib.

 

Rusiya rublu bahalaşıb, Türkiyə lirəsi və Gürcüstan larisi isə ucuzlaşıb. Hazırda 1000 rubl 29 manat 60 qəpik, 100 lirə 46 manat 78 qəpik, 100 lari isə 65 manat 10 qəpikdir.

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR