Goranboyda toyuq ferması yandı: 2 min quş tələf oldu
Goranboyda yanğın olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.
Kənd sakini Vüsal Mürşüdova məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 78 kvadratmetr olan yardımçı tikili qəfil odlanıb.
Hadisə yerinə Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğın söndürənləri çağırılıb. Alov tez bir zamanda söndürülsə də hadisə zamanı yardımçı tikilidə saxlanan 2 min cücə tüstü və alovun təsirindən tələf olub. Yanğına odun sobasından düşən qığılcımın səbəb olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
13:58
610
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
795
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
779
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1033
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1132
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1069