Koalisiya qüvvələri Əfqanıstanı bombaladı, ölü sayı çoxdur

Əfqanıstanın Gilmənd əyalətində beynəlxalq qüvvələrin endirdiyi hava zərbəsi nəticəsində 18 dinc sakin ölüb.

 

APA TV-nin istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Əfqanıstandakı missiyasından  (MOONSA) məlumat verilib.

 

Məlumata əsasən, hava zərbəsini yalnışlıqla beynəlxalq qüvvələrə məxsus təyyarələr endirib. İnsidentin fevralın 9-a Sanqin rayonunda baş verdiyi bildirilir: “Aviazərbənin hədəfi hökumətə qarşı qüvvələr olsa da, nəticədə qadınlar və uşaqlar daxil olmaqla, 18 dinc sakin həlak olub”- deyə, məlumatda qeyd olunur

 

Məlumatda həmçinin bildirilir ki, fevralın 11-də Gilmənd əyalətində törədilən terror aktı nəticəsində azı 7 dinc sakin ölüb, bir çoxu isə yaralanıb.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR