Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn edildi

Ermənistanın təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Fuad Qafarov bu gün dəfn edilib.
 

 

APA TV-nin Şimal bürosunun məlumatına görə, yaylım atəşindən sonra şəhid Xaçmaz qəbiristanlığında dəfn edilib. Şəhidin nəşi üzərindəki Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib. 
 

 

Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin xidmət etdiyi hərbi hissənin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR