Hacıqabulda evdən məişət əşyaları oğurlandı

Hacıqabulda mənzildən oğurluq hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi 64 ünvanında qeydə alınıb.

 

Şəhla Nəzərovaya məxsus mənzildən oğurluq edilib. Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1967-ci il təvəllüdlü Hacıqabul rayon sakini, əvvəllər 2 dəfə məhkum olunmuş Ağayev Müşfiq Eynulla oğlu və 1994-cü il təvəllüdlü Bakı sakini Cəfərov Orxan Yamən oğlu saxlanılıb. Adı çəkilən şəxslər mənzildən ümumilikdə 1000 manatlıq ev əşyaları oğurlayıb və sonradan onları satıblar.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR