Ağstafada velosiped dükanını soydular
Ağstafa polisi 19 yaşlı rayon sakini Orxan Omarlını saxlayıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, həmin şəxs rayon ərazisində fəaliyyət göstərən mağazaların birindən velosiped və onun ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinir.
Post Patrul Xidmətinin əməkdaşları gənci hadisədən dərhal sonra maddi sübutla birlikdə yaxalayıb. Müstəntiq Fərid İsgəndərov bildirib ki, Ağstafa rayonunun Həsənsu kənd sakini Yolçuyev Vidadi Bayram oğluna məxsus "Velosiped və ehtiyat hissələri" mağazasından oğurluq etməkdə şübhəli bilinən 1998-ci ildə təvəllüdlü Omarlı Orxan Telman oğlu saxlanılaraq istintaqa təqdim olunub.
Orxan Omarlı əvvəllər 3 nəfərin ölümünə səbəb olan yol qəzası törətdiyi üçün bir dəfə cinayət məsuliyyətinə cəlb olunub. Ancaq həmin vaxt yaşının azlığı onu cəzadan xilas edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı