Sabah yenə qar yağacaq

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə  verilən məlumata görə, şimal küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR