Əl-Bab mühasirədə: İŞİD çabalayır, Suriya və Türkiyə orduları üz-üzə!
Suriya ordusu Əl-Bab istiqamətində güclü hücuma keçib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Əsəd qüvvələri İŞİD-in əlində olan şəhərdən yeganə çıxış yolunu bağlayıb.
Fevralın 10-dan 11-ə keçən gecə hökumət ordusu Əl-Bab yaxınlığındakı strateji Ayn-Əliyyuşiə yüksəkliyini ələ keçirib. Bununla da İŞİD Əl-Babda mühasirəyə düşüb.
Suriya ordusu həmçinin Tadif qəsəbəsinə yaxınlaşıb, bununla da Əl-Babın 1 kilometrliyinə çatıb.
Əsəd qüvvələri adı çəkilən şəhərə cənubdan yaxınlaşır. Eyni anda Türkiyə hərbçilərinin dəstək verdiyi müxaliflər "Fərat qalxanı" əməliyyatı çərçivəsində Əl-Baba şimal və şərq istiqamətindən yaxınlaşır.
Rəsmi Dəməşq isə Türkiyə ordusunun ölkənin şimalında apardığı hərbi əməliyyatların Suriyanın müstəqilliyinə təhlükə olduğunu dəfələrlə bəyan edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı