Keçmiş məhkum oğurluq edib kənddən Bakıya qaçdı

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakini İsmandiyar Alıhüseynov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus mağazanın qarət olunması barədə məlumat verib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, zərərçəkənin müraciət əsasında mağazaya baxış keçirən polis əməkdaşları oradan nağd pul, tütün məmulatları, danışıq kartları, eləcə də obyektin təhlükəsizlik kamerasının və yaddaş aparatının oğurlanmasını müəyyən ediblər.

 

Əməliyyat axtarış tədbirləri zamanı oğurluq törədən şəxsin kimliyi üzə çıxıb. Müstəntiq Fərid İsgəndərovun sözlərinə görə, məlum olub ki, mağazanı qarət edən zərərçəkənin həmkəndlisi, əvvəllər oğurluq etdiyi üçün 3 il məhkumluq həyata yaşayan Ülvi Cəlilovdur. O, Bakı şəhərinin Suraxanı rayonu ərazisində tutularaq istintaqa təqdim olunub".

 

Paytaxt Bakıdan Ağstafaya gətirilən Ülvi Cəlilov əməlini səmimi etiraf edib. O bildirib ki həmkəndlisinin mağazasını qarət etməyi gündüz saatlarında planlaşdırıb. Səhərə yaxın isə çirkin niyyətini həyata keçirərək paytaxta yollanıb: "Mağazaya girdim. Kontur, pul, bir də siqaret götürdüm. Aparıb Bakıda verdim mağazaya".

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR