Trampdan Xamneyiyə cavab: "Ehtiyatlı ol!"
Donald Tramp İranın ali dini rəhbərinin ABŞ-a qarşı işlətdiyi sərt sözlərə reaksiya verib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Ağ Ev sahibi Xamneyiyə ehtiyatlı danışmağı məsləhət görüb.
Donald Tramp eyni mesajı İran prezidenti Həsən Ruhaninin də ünvanına səsləndirib.
Xatırladaq ki, ABŞ-ın yeni rəhbərliyi İranın raket sınaqlarının sayını artırması səbəbindən bu ölkəyə qarşı sanksiyaların yenidən tətbiqini və daha da gücləndirilməsini nəzərdən keçirir. Tehran isə buna qarşılıq hərbi təlimləri genişləndirib və Əli Xamneyi İslam İnqilabının 38-ci ildönümümün qeyd olunduğu bu günlərdə Vaşinqtona layiqli cavab veriləcəyini dilə gətirib.
Bundan sonra Fars körfəzində mövcud olan Amerika hərbi kontingenti hazır vəziyyətə gətirilib.
Tehranda dünən yüz minlərlə insan küçələrə çıxaraq "ABŞ-a ölüm!" şüarları səsləndirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı