Yerli bəstəkarlarımız "Eurovision" üçün niyə mahnı yazmır? - SORĞU
Azərbaycan “Eurovision” müsabiqəsində 2008-ci ildə debüt edib. Bu illər ərzində kifayət qədər yaddaqalan və uğurlu çıxışlar olub. Hətta 2011-ci ildə Azərbaycan bu yarışmanın birincisi olub.
Nailiyyətlər həm də uğurlu mahnı seçimi ilə bağlıdır. Diqqətçəkən məqam isə ondan ibarətdir ki, illərdir bu yarışmada çıxış edən ifaçılar əksər hallarda əcnəbi müəlliflərin əsərlərini ifa ediblər. Mahnı seçimi gizli jüri tərəfindən müəyyən edilir. Bəs görəsən, yerli müəlliflər “Eurovision” üçün mahnı yazıblarmı?
Bəstəkar İsa Məlikov yarışma üçün ard-arda 3-4 il mahnı yazıb: “Avropa bəstəkarlarının mahnılarının qalib gəlməsi təəccüblü deyil. Sadəcə, üslub məsələsi var. Yaxşı mahnı təqdim etmək üçün çox vaxt sərf etmək lazımdır ki, müsabiqəyə uyğun bir mahnı olsun”.
Şairə Zəhra Bədəlbəyli hesab edir ki, yerli müəlliflərin mahnılarının seçilməməsi daha çox onların mahnıya münasibəti ilə əlaqədardır: “Bir çox bəstəkarlarımız küsürlər, deyirlər ki, niyə başqa ölkələrdən seçilir mahnı. Ola bilsin, bu, xoşagəlməzdir, amma onlar bütün xırdalıqlara fikir verirlər. Bizim bəstəkarlar bu xırdalıqlara fikir versələr, deyə bilərəm ki, onların mahnıları 100% seçiləcək”.
Murad Arifin isə məsələyə münasibəti bir qədər fərqlidir: “Seçim mərhələsindən anlayışım yoxdur. Şübhəli məqamlar var. Mahnı seçimi elan edirlər. Bir də görürsən, klipi də hazırdır, müğənni Stokholmda çəkiliş də edib. “Promo”suna başlayırlar. Yəni hadisələr sürətlə cərəyan edir. Mən o ritmi tuta bilmirəm”.
Xatırladaq ki, "Eurovision 2017"nin ilk yarımfinalı mayın 9-da, ikinci yarımfinalı mayın 11-də Ukraynada keçiriləcək. Final isə mayın 13-də olacaq. Azərbaycan təmsilçisi Diana Hacıyeva müsabiqənin ilk yarımfinalında 8-ci nömrə altında çıxış edəcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı