Çinin idxal-ixrac planları məlum oldu: neft bahalaşır
Neft bazarı yenidən OPEK və qeyri-kartel ölkələrinin hasilatın azaldılması ilə bağlı gəldiyi razılıqdan çıxan nəticəyə köklənib. APA TV-nin məlumatına görə, bu, "qara qızıl"ın qiymətində də hiss olunub.
Neft həftə sonuna cüzi artımla daxil olub. Hazırda "Brent" markalı neftin 1 barelinin dəyəri 1,07 dollar artaraq 56,70 dollar olub.
Qərbi Texas markasının da qiymətində bahalaşma qeydə alınıb. WTI neftinin qiyməti 1 barelə görə 0,86 dollar artaraq 53,86 dollar təşkil edib.
Çinin idxal və ixrac göstəriciləri haqqında məlumatların yayılması neftin qiymətinin bir müddət stabil qalacağına işarədir.
OXŞAR XƏBƏRLƏR
13:58
610
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
795
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
779
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1033
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1132
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1069