Polşanın baş naziri yol qəzasında xəsarət alıb
Polşanın baş naziri Beata Şidlo avtomobil qəzasına düşüb. APA TV-nin məlumatına görə, insident Krakov şəhəri yaxınlığında qeydə alınıb.
Baş nazirin avtomobil karvanındakı bir neçə maşın ikinci dərəcəli yoldan əsas yola çıxan avtomobillə toqquşub. Hökumət başçısını müşayiət edən maşınlardan biri ağaca çırpılıb.
Qəza nəticəsində baş nazir, eləcə də mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb. Beata Şidlo xəstəxanaya aparılıb. Yerli xəstəxanada müayinədən sonra baş nazirin vəziyyətinin stabil olduğu açıqlanıb. Müayinədən sonra Beata Şidlo helikopterlə paytaxt Varşavaya aparılıb.
Polşa prokurorluğu qəza ilə bağlı araşdırmalara başlayıb.
OXŞAR XƏBƏRLƏR
13:58
610
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
795
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
779
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1033
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1132
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1069