Lənkəranda 60 yaşlı qadın intihar etdi

Lənkəranda 60 yaşlı qadın intihar edib. APA TV-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Parakənd kəndində qeydə alınıb. Kənd sakini 60 yaşlı Mələk Qənbər qızı Cəfərovanın meyiti həyətlərindəki yardımçı tikilidə yaxınları tərəfindən asılmış vəziyyətdə aşkar  edilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. İntiharın səbəbləri hələ məlum deyil. Faktla bağlı Lənkəran Prokurorluğunda araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR