“Beşiktaş” Robin Van Persini məhkəməyə verdi

“Beşiktaş” futbol klubu Türkiyə kubokunun 1/8 final mərhələsində “Fənərbaxça”ilə oyun (0:1) zamanı etdiyi hərəkətlərlə diqqət mərkəzinə düşən rəqib futbolçu Robin Van Persini məhkəməyə verib. APA TV-nin məlumatına görə, hollandiyalı oyun zamanı etdiyi uyğunsuz hərəkətlərə görə məhkəmə qarşısında cavab verməli olacaq. O, azarkeşlərə dil çıxardaraq onları təxribata çəkməkdə və "Beşiktaş"ın müdafiəçisi Duşko Toşiçə qarşı ədəbsiz jest etməkdə günahlandırılır.

 

Klub rəhbərliyi oyunçu ilə bağlı fotoları və videonu sübut kimi yerli prokurorluğa təqdim edib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR