Şəmkirdə maşın və dükan oğruları tutuldu
Yanvarın 31-i axşam saat 23:00 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsindən avtomobil qaçırılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, naməlum şəxs qəsəbə sakini Mehdi Tağıyevin “VAZ-21011” markalı avtomobilini yaşadığı evin qarşısından oğurlayıb.
Hadisədən səhər saatlarında xəbər tutan zərərçəkən dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib: "Axşam saat 23:00 radələrində evimin qarşısında maşını saxladım. Səhər 8:00-də qalxdım ki, maşınım oğurlanıb. Dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. Şəmkir polisindən gəldilər".
Müstəntiq Mehrab Məmmədov bildirib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Mehdi Tağıyevə məxsus "VAZ-21011" markalı avtomobilin həmyerlisi 23 yaşlı Əli Yusifov tərəfindən oğurlandığı məlum olub: "Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 BK 538 dövlət qeydiyyat nişanlı “VAZ-21011” markalı avtomobil Tovuz rayonunun Qovlar şəhəri ərazisində tapılaraq maddi sübut kimi götürülüb və Tağıyev Mehdi Möhsüm oğluna təhvil verilib".
İstintaq yolu ilə müəyyən edilib ki, Əli Yusifov buna qədər Şəmkirdə 4, Goranboy və Tovuz rayonlarında isə 1 oğurluq cinayəti törədib. Ona bu işdə bir müddət əvvəl Goranboyda saxlanılan həmyerlisi Arzu Əsgərov və Bakı sakini Ağasif Baxışov yardım göstərib. Ticarət obyektlərindən xeyli miqdarda nağd pul, tütün məmulatları, spirtli içkilər və müxtəlif danışıq kartlarını oğurlayan gənclər əldə etdiyi qəniməti müxtəlif şəxslərə satıb. Əli Yusifovun sözlərinə görə, əldə etdikləri pulla Gəncədə bir müddət kirayənişin yaşamaqla əməllicə kef çəkiblər. Sonda onların kefinə polis soğan doğrayıb: "Kür qəsəbəsində 1, Tovuzda 1, Goranboyda 1, Şəmkirin özündə 3-4 mağazaya girmişik. Pul, siqaret və kontur götürmüşük. Ayrı heç nə götürməmişik".
Hazırda Şəmkir Rayon Polis Şöbəsində Əli Yusifov və onun cinayət ortaqlarının əməlindən zərərçəkənlərin sayı müəyyənləşdirilir. Günahları tam sübuta yetirlərsə, dəstə üzvlərini ən azı 7 il məhbəs həyatı gözləyir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı