Avropa Məhkəməsində ermənilərə qarşı 700 iddia icraata götürülüb
"Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 2016-cı ilin aprel döyüşləri vaxtı ermənilərin vurduğu ziyanla bağlı 700 ərizə göndərilib". Bu fikirləri Milli Məclisin insan haqları komitəsinin iclasında çıxış edən Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsində daimi nümayəndəsi Çingiz Əsgərov deyib. O bildirib ki, Milli Qəhrəman Çingiz Qurbanovun nəşinin ermənilərdən alınması üçün böyük addımlar atılıb:
“Möhtərəm prezidentin göstərdiyi səylər danılmazdır. Həmin hadisə ilə bağlı azərbaycanlı hüquqşünaslar tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət verilib”.
Çingiz Əsgərov blogger Aleksandr Lapşinin ekstradisiyasına da münasibət bildirib: “Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı olan blogerin Azərbaycana gətirilməsinin əhəmiyyətsizliyindən danışanların fikri yanlışdır”.
Azərbaycanın AİHM-də daimi nümayəndəsi hesab edir ki, Lapşinin ekstradisiyasının əhəmiyyətsiz bir məsələ olduğu fikirləri yanlışdır. O bildirib ki, bundan sonra Azərbaycan torpaqlarına qanunsuz səfər edənlər məsuliyyəti dərk edəcəklər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı