Beynəlxalq axtarışda olan 297 hərbi cinayətkar Azərbaycana niyə təhvil verilmir?

“Azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlərə dair 297 nəfərin həbsi üçün beynəlxalq axtarışla bağlı qərar qəbul edib. Onları İnterpol vasitəsi ilə axtarışa vermişik”. Bu fikirləri Respublikanın hərbi prokuroru Xanlar Vəliyev deyib.

 

Axtarışa verilən 297 nəfərdən hələlik heç birinin saxlanılaraq Azərbaycana təhvil verilmədiyini deyən respublika hərbi prokuroru bunun səbəbini belə izah edir: "Həmin şəxslərin saxlanılaraq təhvil verilməməsinə səbəb səbəb ikili standartlardır”.

 

Xanlar Vəliyev ictimaiyyət nümayəndələrinə müraciət edərək bildirib ki, ermənilərin Azərbaycanda törətdiyi soyqırımları ilə bağlı kifayət qədər məlumatlar var və bu məlumatlarla Hərbi Prokurorluğun muzeyində tanış olmaq olar.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR