Suriya müxalifəti Rusiya hərbi bazasını vurmağa başladı

Azad Suriya Ordusu Latakiya bölgəsində hücuma keçib. APA TV-nin məlumatına görə, hücuma Türkiyə hərbi kontingentinin Rusiya qırıcıları tərəfindən vurulmasından sonra start verilib.


Müxaliflər eyni zamanda Türkməndağı istiqamətində də əməliyyatlara başlayıblar.
 

Əməliyyatın gedişində Reşo kəndi bütünlüklə müxaliflərin nəzarətinə keçib.

Xatırladaq ki, adı çəkilən bölgə indiyə qədər Əsəd qüvvələrinin əlində olub.

Döyüşlərdə Əsəd ordusu 47 nəfər itki verib, onların arasında Cəbəril Ərkad bölgəsinə cavabdeh general Əli Yed də var.


Bundan əlavə Əsəd qüvvələrinin iki tankı və bir hərbi maşını müxalif döyüşçülərin əlinə keçib.

Döyüşlərin gedişində müxaliflər Latakiyada yerləşən Rusiya hərbi bazasını da bombalayıblar. Xmeymimdəki rus hərbi bazası raket zərbələri ilə vurulub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR