İDDİA: Ruslar türk ordusunu Əsədə qarşı döyüşdüyü üçün bombalayıb
Əl-Babda Əsədə məxsus hərbçilərlə türk hərbçilər arasında döyüş olub. APA TV-nin məlumatına görə, bu iddianı təqaüddə olan admiral Türker Ertürk öz "twitter" hesabında yazıb. İddiaya görə, hadisə Rusiyaya məxsus hərbi təyyarənin türk əsgərlərinin qaldığı binanı bombalamasından öncə baş verib.
"Türkiyə Silahlı Qüvvələri və Suriya ordusu arasında bu gün 15:30 radələrində Əl-Bab düzənliyində baş verən döyüşü təsdiqləyən kifayət qədər qaynaq var. Ümid edirəm yanlışdır!"
Keçmiş hərbçi döyüş barəsində ABŞ və ingilis mediasının xəbər vermədiyini də öz hesabında yazıb.
Qeyd edək ki, ötən gün Rusiya hərbi təyyarəsi Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirib. Binanın bombalanması nəticəsində 3 əsgər həlak olub, 11-i yaralanıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı