Bakıda hava küləkli olacaq, bölgələrə qar yağacaq
Fevralın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti, Bakıda gecə 1 dərəcəyədək şaxta, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı rayonlarda yağıntıda fasilə yaranacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı