Şabranda avtoyuma məntəqələrini yağmaladılar
Fevral ayının 3-dən 4-nə keçən gecə Şabranda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ceyhun Mütəllimovun avtoyuma məntəqəsindən oğurluq olub.
Sahibkar APA TV-nin yerli bürosuna bildirib ki, obyektdə istifadə edilən 3900 manat dəyərində avadanlıqlar oğurlanıb: "Ayın 4-ü obyekti açmağa gələndə gördük ki, avadanlıqlar yoxdur. 4 min manata yaxın mal aparmışdılar. Bununla bağlı 102 xidmətinə məlumat verdim".
Fevral ayının 7-dən 8-nə keçən gecə isə digər sahibkar Hacı Quliyevin də avtoyuma məntəqəsindən oğurluq edilib. İki avtoyuma məntəqəsindən ümumi dəyəri 6 min 200 manatlıq avadanlıqlar oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslər Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. Onlar rayon sakinləri 24 yaşlı Amin Muradov və Cavad Cavadovdur.
Şabran RPŞ-nin istintaq və təhqiqat bölməsinin rəisi Malik Bahadurov deyib ki, keçirilən əməliyyat nəticəsində Bakıda yaşayan Şabran rayon sakinləri saxlanıb. Onların oğurladıqları avadanlıqlar maddi sübut kimi götürülüb.
Əlbir olaraq oğurluq edən şəxslər əldə etdikləri avadanlıqları Bakı şəhərində avtoyuma məntəqəsi işlədən 21 yaşlı Rəşad Abbasova satıblar: "Amil əvvəllər mənim “moyka”mda işləyib. Aldığım malların oğurluq olduğunu bilmirdim".
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı