Azərbaycan əsgəri qar uçqununa düşərək həlak olub
Qar uçqunu nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.
Hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakət nəticəsində həlak olmuş əsgərimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!
OXŞAR XƏBƏRLƏR
13:58
633
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
817
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
798
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1035
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1135
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1071