Birjalarda neftin qiyməti yüksək hədlərdə stabilləşir

Dünya bazarında  son 12 saat ərzində neftin qiyməti dəyişməz qalıb. APA TV-nin xəbərinə görə, birjalarda “Brent” markalı neftin qiyməti 55,70 dollar səviyyəsində stabilləşir.

 

Qərbi Texas nefti də qiymətini qoruyur. Gün ərzində WTİ nefti 53 dollar səviyyəsini qoruyub, səhər seanslarında isə 53,17 dollardan təklif olunur.

 

Birjalarda həftənin son hərracları bu axşam keçiriləcək. Ötən həftənin son seanslarında "Brent" markalı neftin bir bareli 56,80 dollardan satılmışdı. Birjalardakı dinamika neftin bu həftəni də təxminən bu qiymətə yaxın bir səviyyədə bitirəcəyini göstərir.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR