ABŞ-ın 1 nömrəli kəşfiyyatçısı Ərdoğanla görüşdü
Ankarada səfərdə olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo Suriyanın Rəqqa şəhərində İŞİD-ə qarşı mübarizədə Türkiyə ilə əməkdaşlığı müzakirə edib.
APA TV-nin məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı ölkə rəhbərliyindəki mənbəyə istinadən məlumat yayıb.
MKİ rəhbəri vəzifəsində ilk xarici səfəri zamanı Pompeo Türkiyə Milli Kəşfiyyat Təşkilatına (MIT) aparılıb. MİT rəhbəri Hakan Fidanla baş tutan görüşdən sonra hər iki xüsusi xidmət orqanının rəhbəri ölkə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən qəbul edilib.
Görüşdə Suriyadakı vəziyyət və Yaxın Şərqdəki hadisələr müzakirə olunub. İŞİD-lə mübarizədə Türkiyə-ABŞ əməkdaşlığının inkişaf perspektivləri və Rəqqada planlaşdırılan əməliyyat əsas müzakirə mövzuları olub.
Məlumata görə, Türkiyə tərəfi ABŞ-ın PKK-nın Suriya qolu olan PYD terror qruplaşması ilə əməkdaşlıq etməsindən narahatlığını Pompeonun diqqətinə çatdırıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı