Erməni polisi övladları ölən əsgər analarının üzünə tüpürdü - İRƏVANDA AKSİYA

Övladları qeyri-döyüş şəraitində ölən əsgər anaları Ermənistanın hökumət binasına doğru yürüş edib. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, polis onları binanın önündən zor gücünə uzaqlaşdırmağa çalışıb.

Aksiya iştirakçıları polis əməkdaşlarının valideynlərə qarşı alçaldıcı hərəkətlər etdiyini, onları döydüyünü, eləcə də üzlərinə tüpürərək onları bomj və kölə adlandırdıqlarını bildiriblər. Bu ittihamlara cavab olaraq polis əməkdaşları qadınlara qarşı güc tətbiq etmədiklərini bildirib, ərazidəki müşahidə kameralarının görüntülərini verməkdən isə qətiyyətlə imtina ediblər.

Etiraz edənlər müdafiə naziri Viqen Sarkisyanla görüşmək istəyib. Əsgər anaları bir neçə ay əvvəl nazirə şikayət məktubu yazsalar da, sonuncu onlara prokurorluğa getməyi məsləhət görüb və məsələnin Müdafiə Nazirliyinə aidiyyətinə olmadığını deyib.

Aksiya zamanı müdafiə nazirinin avtomobilini görən kütlə onu dayandırmağa cəhd etsə də, onların tələbinə əhəmiyyət verən olmayıb. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR