Bakıda İran İslam İnqilabının ildönümü münasibətilə tədbir keçirilib

İranın Azərbaycandakı səfirliyi İslam İnqilabının 38 ildönümü ilə əlaqədar qəbul təşkil edib.

 

APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən səfir Cavad Cahangirzadə bildirib ki, İran regional və beynəlxalq münaqişələrin sülh və danışıqlar yolu ilə həll olunacağına inanır.

 

O, son illər ölkəsinin sərt sanksiyalarla üzləşdiyini, lakin elm və texnologiya sahəsində inkişafın dayanmadığını deyib. İranın Azərbaycanla münasibətləri daha yüksək səviyyəyə çatdrmaq əzmində olduğunu qeyd edən diplomat iki ölkə arasındakı əlaqələrin böyük potensialının olduğunu bildirib, Şimal-Cənub nəqliyyat dəhlizinin icrasının strateji əhəmiyyətindən danışıb.

 

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və İran xalqlarını dərin tarixi dostluq əlaqələri və ümumi mənəvi maraqların birləşdirdiyini vurğulayıb. Qeyd edib ki, İranla Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində əlaqələr dərinləşir, ticarət dövriyyəsi artır. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Nazir əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR