Oğurluq olduğunu bildiyi əşyaları aldı, tutuldu

Sumqayıt ŞPİ-nin əməkdaşları əvvəllər bir yerdə məhkumluq həyatı yaşamış şəxsləri saxlayaraq məsuliyyətə cəlb ediblər.

 

APA TV-nin xəbərinə görə, onlar Sumqayıt şəhəri Yaşıl Dəhnə adlanan yaşayış massivində 4 həyət evindən məişət əşyaları oğurlamaqda təqsirli bilinirlər.      

 

Saxlanılan Vaqif Səfərov törətdikləri cinayəti etiraf edib: "Mənzildən uşaq paltarları, televizor oğurladıq. Qızıl axtardıq, çıxmadı. İkinci epizodu da Elturanla etmişəm. Xrustal, paltaryuyan oğurlamışıq. Digər evlərdən isə plazma və xalçalar oğurladıq".

 

Elturan Vəlibəyov isə bir ay ərzində 4 mənzil qarət etdiklərini bildirib.

 

Həyata keçirilən əməliyyat nəticəsində oğurluq əşyaları alan Məhəmməd Qurbanov da saxlanılıb. Vaqif Səfərov deyir ki, Məhəmməd Qurbanov aldığı əşyaların oğurluq olduğundan əvvəlcədən məlumatlı olub: "Əldə etdiyimiz əşyaları Elturanın tanışına satmışıq. Məhəmməd malların oğurluq olduğunu bilirdi".

 

Məhəmməd Qurbanov deyilənləri təkzib etməyib: "Oğurluq olduğunu bilmişəm. Alıb öz evimə qoymuşam. Etdiyim hərəkətə görə çox peşmanam".

 

Faktla bağlı cinayət işləri başlanıb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR