Azərbaycan prezidenti AŞPA-nın Azərbaycan üzrə məruzəçisini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteksi qəbul edib.
APA TV xəbər verir ki, Azərbaycanla Avropa Şurası arasında əlaqələrin 15 ildən çoxdur davam etdirildiyini qeyd edən dövlət başçısı ölkəmizin Avropa strukturları ilə yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, bu günlərdə Avropa İttifaqındakı mühüm və səmərəli görüşlərini xatırladıb.
Görüşdə ölkəmizin daha da müasirləşdirilməsi və demokratikləşməsi istiqamətində atılan addımlar, həyata keçirilən islahatlar və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı görülən işlərdən danışılıb, Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı