Qurban Yetirmişli: "Azərbaycanda güclü zəlzələ gözlənilmir"
"Fevralın 6-da Səngəçalda “Otman-Bozdağ” vulkanının oyanmasına həmin ərazinin yaxınlığında baş vermiş 7-8 zəlzələ təsir göstərib".
APA TV-nin məlumatına görə, AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, ümumiyyətlə vulkanların püskürməsi və aktivləşməsinə ən çox təsir edən amil zəlzələlərdir.
Mütəxəssis deyib ki, Azərbaycanda zəlzələlərin, palçıq vulkanlarının bir-biri ilə əlaqəsi var. Amma baş verən vulkan püskürməsi digər zəlzələ ocaqlarının oyanmasına təsir etmir: "Vulkandan ayrılan enerjinin gücü 1,5 və 1,7 coul idi. Bu da o qədər də böyük gücə malik zəlzələ deyil ki, digər zəlzələ ocağını oyatsın. Amma bu gün ölkədə elə bir bölgə yoxdur ki, orada zəlzələlərin baş verməsi üçün güclü hazırlıq getsin. Ümumiyyətlə, Azərbaycanda katastrofik, güclü və təhlükəli zəlzələ gözlənilmir”.
Vulkan ətrafında mobil stansiyaların qurulmasını vacib sayan Qurban Yetirmişli vulkan və zəlzələnin vaxtını müəyyənləşdirməyin imkansız olduğunu, amma hər bir halda ərazidə baş verən prosesləri izləməyin mümkün olduğunu deyib.
O, bu ildən başlayaraq Azərbaycanda seysmik rayonlaşdırma aparılacağını deyib. İlkin olaraq prosesə pilot layihə kimi Səbail rayonundan başlanacaq və seysmik aktivlik müəyyən ediləcək. Tədqiqatların aparılması üçün Almaniyadan da cihazlar gətiriləcək və aktivlik müəyyənləşəcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı