"11 sentyabr"ın təşkilatçısının Obamaya məktubu - MƏTN AÇIQLANDI
Rəsmi Vaşinqton 2001-ci ilin 11 sentyabrında törədilən terror aktının əsas təşkilatçısı sayılan Xalid Şeyx Məhəmmədin məktubunu yayımlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, 2015-ci ilin yanvarında prezident Barak Obamaya ünvanlanan məktubun mətnində Vaşinqtonun ünvanına bir sıra ittihamlar səsləndirilib və bu hadisənin törədilmə səbəbləri açıqlanıb.
Məktubun tam mətni məlum olmasa da, müəllifin Barak Obamanı "ilanın başı" adlandırdığı, habelə Qəzza bölgəsindəki qətliamlarda ittiham etdiyi üzə çıxıb.
11 sentyabr hadisələrinə toxunan Xalid Şeyx Məhəmməd bu olayların ABŞ-ın, eləcə də diktatorların başlatdığı müharibənin nəticəsi olduğunu yazıb.
Məktubunda rəsmi Vaşinqtonun İraq, İran, Vyetnam və Hirosimada çoxsaylı cinayətlər törətdiyini yazan Şeyx Məhəmməd həmçinin ona veriləcək istənilən cəzaya hazır olduğunu qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı