Vaşinqton: İranın bütün hərəkətlərinə nəzarət edirik
ABŞ mətbuatı İranın növbəti ballistik raket sınağını reallaşdırdığı barədə məlumat yayıb.
APA TV-nin "Fox News"a istinadən məlumatına görə, Dövlət Departamentindən bununla bağlı şərh verməkdən imtina ediblər. Bununla yanaşı, qurumdan hadisələrin inkişafına nəzarət edildiyi vurğulanıb.
Xatırladaq ki, fevralın 3-də ABŞ İrana qarşı sanksiyaları gücləndirib. Bu, İranın yanvarın 29-da orta mənzilli raket sınağını həyata keçirməsi ilə əlaqədardır. ABŞ senatorları Tehranın bu hərəkətlərinə qarşı daha sərt qadağalar tətbiq edilməsi barədə Donald Trampa müraciət ediblər. Pentaqon rəhbəri Ceyms Mettis isə İranı beynəlxalq terrorizmə sponsorluq edən 1 nömrəli dövlət adlandırıb.
Bundan sonra İranın ali dini rəhbəri Ayətullah Əli Xamneyi ABŞ-a sərt cavab veriləcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı