Qazaxda dəhşətli qətl: 21 yaşlı gənc ürəyindən bıçaqlandı

Qazaxda qətl hadisəsi törədilib. APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Daş Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü İsmayılov Samir Göyçə oğlu ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

 

Onu Qazax Müalicə Diaqnostika Mərkəzinə aparsalar da dünyasını dəyişdiyi məlum olub.

 

İsti izlərlə aparılan araşdırmalarla Samir İsmayılovu qətlə yetirən şəxsin onun həmkəndlisi və həmyaşıdı Sənan Bayramov olduğu müəyyənləşib. Məlumata görə, S.İsmayılovla S.Bayramov ötən axşam kənd orta məktəbinin yaxınlığında mübahisə ediblər. Sonda Bayramov İsmayılovun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurub.

 

Sənan Bayramov saxlanılıb. Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR