Rumıniya parlamenti hökumətə etimadsızlıq göstərmədi

Rumıniya parlamenti hökumətə etimadsızlıq təklifini qəbul etməyib. Etimadsızlıq təşəbbüsü ilə müxalif Milli Liberal Partiya və Rumıniyanın xilası İttifaqı çıxış etmişdi. Bir qədər sonra Xalq Hərəkatı Partiyasının parlament qrupu da təşəbbüsə qoşulub. Ölkə qanunvericiliyinə görə, hökumətə etimadsızlıq göstərilməsi üçün 465 yerlik ikipalatalı parlamentin 233 üzvü təklifə səs verməli idi. Lakin bu dəfəki təşəbbüsü 161 deputat və senator dəstəkləyib.

 

Baş nazir hələ səsvermədən əvvəl bəyan etmişdi ki, müxalifətin etimadsızlıq təklifi dəstək almayacaq. Çünki, hakim Sosial-Demokrat Partiyası parlamentdə çoxluğa malikdir.

 

Hökumətin Cinayət Məcəlləsinə etirazlara səbəb olan düzəlişləri ləğv etməsinə baxmayaraq, Rumıniyanın bütün şəhərlərində hakimiyyət əleyhinə aksiyalar keçirilir. Düzəlişlər nəticəsində hakim partiyanın korrupsiya cinayətlərinə görə həbs edilmiş üzvləri azadlığa çıxa bilərdilər. Bir neçə gündür davam edən etiraz aksiyaları son 25 ilin ən irimiqyaslı nümayişləri sayılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR